Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Qarabağ"la "Sumqayıt" yoxlama görüşündə üz-üzə gəlib. Matç.az saytının məlumatına görə, oyun "Azersun Arena"da baş tutub.

Yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə meydana çıxan "Sumqayıt" 1:0 hesablı qələbəyə sevinib. Görüşdə yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.

 

Yoxlama görüşü

18 noyabr

"Qarabağ" – "Sumqayıt" – 0:1

QOL: Cavid Tağıyev, 21

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev (13. Vaqner da Silva, 46), 24. Nihad Tamazov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 25. Ansi Aqolli, 8. Miçel, 91. Coşqun Diniyev, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 10. Dani Kintana, 39. Zaur Fərzəliyev (29. Musa Qurbanlı, 30 / 49. İbrahim Əliyev, 60)

"Sumqayıt" (start heyəti): 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov

Sonradan meydana daxil olanlar: 36. Süleyman Süleymanov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 23. Fərid Kərimzadə, 24. Kamran Nəsirov, 25. Baxşəli Baxşəliyev, 26. Elvin Dəmirov, 44. Qvanzav Maqomedov, 70. ülvi İsgəndərov, 72. Emin Zamanov, 90. Elvin Nəsibov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest