Futzal üzrə Azərbaycan çempionu "Araz" sabah növbəti avrokubok matçına çıxacaq. Matç.az saytı xəbər verir ki, Naxçıvan klubu çempionlar Liqasının əsas mərhələsinin son turunda Slovakiya "Luçeneç"i ilə qarşılaşacaq.

Bu matç Azərbaycan klublarının avrokuboklarda yubiley – 75-ci oyunu olacaq. Təmsilçilərimiz əvvəl UEFA kuboku, bu ildən çempionlar Liqası adlanan yarışda indiyədək 74 dəfə meydana çıxıb.

Klublarımız bu matçlarda 38 qələbə qazanıb, 13 heç-heçə edib və 23 dəfə uduzub. Futbolçularımız 284 qol vurub və 207-ni buraxıb.

Qeyd edək ki, 74 oyun üç komandanın hesabındadı. "Araz" 63, "Turan AİR" 8, "AMMK-Azercell" 3 matç keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest