21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah növbəti yoxlama görüşünü keçirəcək. Matç.az saytının məlumatına görə, Rəşad Sadıqovun komandası Bosniya və Herseqovinanın qonağı olacaq.

Azarkeşlər Zenitsa şəhərində baş tutacaq oyunu canlı izləmək imkanı qazanacaqlar. Belə ki, yığma komandaların təlim-məşq mərkəzində keçiriləcək qarşılaşma "City TV", həmçinin Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina – Azərbaycan görüşü Bakı vaxtı ilə 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest