"Milan"ın hücumçusu Kşiştof Pentek karyerasını İngiltərədə davam etdirmək istəyir. Matc.az xarici mətbuata istinadən bildirir ki, polşalı oyunçu Joze Mourinyo ilə çalışmaq niyyətindədir.

Hücumçunun bu açıqlamasından sonra "Tottenhem" rəhbərliyi İtaliya təmsilçisi ilə danışıqlara başlayıb. Tərəflərin hələlik razılığa gələ bilmədiyi bildirilir. Buna səbəb Londonun bir başqa klubu - "çelsi" nin də polşalı oyunçunun xidmətində maraqlı olmasıdır.

Ancaq 25 yaşlı forvardın Mourinyo ilə çalışmaq istəməsi onun "Tottenhem"ə daha yaxın olduğunu göstərir.

Qeyd edək ki, Pentek bu mövsüm 20 oyunda beş qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest