"Qalatasaray"ın ulduz oyunçusu Radamel Falkao yenidən zədələnib. Matc.az xəbər verir ki, kolumbiyalı oyunçu son turda "Konyasapor"a qarşı oyunda zədələnərək meydanı tərk etmişdi.

Dünən klubdan verilən məlumata görə, futbolçu əzələsini dartıb. Zədənin dərəcəsinin çox ciddi olmadığı qeyd edilsə də, hücumçu bu tur "Kayserispor" görüşünü buraxmalı olacaq.

Qeyd edək ki, Falkao mövsümün ilk yarısında da zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest