"Macarıstanda uduzduq və Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik"

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir. Bu, təsnifat mərhələlərində bir daha özünü göstərdi. Avro-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz oldu"

Matc.az xəbər verir ki, bu sözləri FİFA-nın rəsmi saytına müsahibəsində Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib. O, Bakıda vacib iki xal itirdiklərini bildirib:

"Macarıstanda uduzduq və Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Kapitanımız Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi" .

 Xorvatiya millisi seçmə mərhələnin 6-cı turunda Bakıda yığmamızla 1:1 bərabərə qalıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest