Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
 
Matc.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçiriləcək "Panatinaikos" – PAOK oyununu idarə edəcək.
 
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
 
Əliyar Ağayev ötən ilin mart ayında Superliqada PAOK - "Atromitos" matçına da təyinat almışdı.
 
REKLAM

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest