"AVRO 2020-ni böyük səbrsizliklə gözləyirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. çalışacağıq ki, turnirdə seçilənlərdən olaq".

Matc.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib. Təcrübəli mütəxəssis növbəti dəfə "ay-ulduzlular"ın  Azərbaycanda keçiriləcək oyunları barədə danışıb:

"Bunu bir neçə dəfə demişəm, yenə təkrar edirəm. İki oyunumuzun Azərbaycanda olması bizim üçün üstünlükdür. çox ciddi azarkeş dəstəyimiz olacaq. Hamımız bunun fərqindəyik. Ona görə də Bakıdakı görüşləri həyəcanla gözləyirik. Təbii ki, bu çox yaxşı haldır. Ancaq bir o qədər də məsuliyyətdir. Azarkeşlərin hər zaman milli komandadan gözləntiləri böyük olur. Biz də çalışıb bu gözləntiləri qarşılamalıyıq".

Qeyd edək ki, Türkiyə millisi AVRO 2020-də İtaliya, İsveçrə və Uels komandaları ilə bir qrupda yer alıb. "Ay-ulduzlular"ın İsveçrə və Uelslə olan görüşləri Bakıda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest