Tiflis şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesablı qələbə qazanıb.
 
Millimizin heyətində Nisrina Zeriul fərqlənib.
 
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest