İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Neapol təmsilçisi "İnter"dən Matteo Politanonu icarə əsasında heyətinə qatıb.
 
Bu barədə "Napoli"nin rəsmi saytı məlumat yayıb. İtalyan yarımmüdafiəçi ilə 2 illik icarə müqaviləsi imzalanıb.
 
"Napoli" icarə müqaviləsi bitdikdən sonra Politanonun transfer hüquqlarına sahib ola bilər.
 
"Roma"nın yetirməsi olan Politano, bu mövsüm A Seriyasında "İnter"lə 11 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest