"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İngiltərə nəhəngi Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Bruno Fernandesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. MY bu transfer üçün "Sportinq"lə razılığa gəlindiyini açıqlayıb. 25 yaşlı yarımmüdafiəçi sabah Mançester təmsilçisinin düşərgəsinə gələrək tibbi müayinədən keçəcək.
 
Bundan sonra İngiltərə klubunun portuqaliyalı futbolçu ilə 2025-ci ilədək müqavilə bağlayacağı bildirilir. Britaniya mətbuatı "qırmızı şeytanlar"ın bu transferə görə 50 milyon avrosundan keçdiyini iddia edir.
 
Qeyd edək ki, Bruno Fernandes 2017-ci ildən "Sportinq"də çıxış edir. O, İtaliyanın "Sampdoriya" klubundan 10 milyon avroya transfer olunmuşdu. Portuqaliya yığmasının üzvü daha öncə yetirməsi olduğu "Novara", həmçinin "Udineze" klublarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest