"Monako"nun futbolçusu Qabriel Boşilya karyerasını Braziliyada davam etdirəcək. Matc.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "İnternasional"a transfer olunub.
 
Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boşilya ilə müddəti 2022-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.
 
2015-ci ildən "Monako"da forma geyinən Boşilya, bu mövsüm Liqa 1-də 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest