Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Tenerife" La Liqa təmsilçisi "Atletik"lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Atletik" 1/4 finala yüksəlib.
 
İkinci oyun günündə rəqiblərinə qalib gələn "Valensiya", "Vilyarreal", "Qranada", "Real Sosyedad" və "Real" da növbəti mərhələyə vəsiqəni təmin edib.
 
"Barselona" isə bu mərhələdə "Leqanes"lə qarşılaşacaq.
 
İspaniya kuboku
1/8 final
28 yanvar
 
Tenerife – Atletik 3:3 (penaltilər 2:4)
 
29 yanvar
 
Leonesa – Valensiya 0:1
Rayo Valyekano – Vilyarreal 0:2
Badaxos – Qranada 2:3
Real Sosyedad – Osasuna 3:1
Saraqosa – Real 0:4
 
30 yanvar
 
22:00. Barselona – Leqanes
00:00. Mirandes – Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest