Portuqaliya II liqasında X tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" səfər oyununa çıxıb.

"Akademika Viseu"nun qonağı olan "Eştoril" 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayan Dadaşov 73-cü dəqiqədə meydana daxil olub. Futbolçumuz 90+3-cü dəqiqədə isə sarı vərəqə alıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 20-yə çatdıran "Eştoril" turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest