53 ildir futbol oynayan 71 yaşlı Şerif Kunt karyerasını davam etdirir. Matc.az xəbər verir ki, o, Ərzurumda Həvəskarlar Liqasında çıxış edən "Harb-İş Spor" komandasına transfer olunub.

Kunt yeni komandasında ilk açıqlamasını da verib. O, bu günə qədər sağlam həyat tərzi sürdüyünü bildirib:

"Mən həmişə siqaretdən, içkindən uzaq olmuşam. çalışmışam ki, sağlam yaşayım. Əgər idman etməsəniz beyniniz inkişaf eləməz. İllərdir ki, axşamlar tez yatır, səhərlər etz dururam. Gənclərə məsləhətim budur ki, idmansız yaşamasınlar".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest