"Neftçi-2" təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, əvəzedicilər "Sabah-2"yə 4:1 hesabı ilə qalib gəlib.
 
Binə qəsəbə stadionunda baş tutmuş görüşdə "ağ-qaralar"ın  qollarını Asim Əlizadə, Elnur Süleymanov, Muxtar Əliyev və ülvi İbrahimov vurublar.
 
Qeyd edək ki, "Neftçi-2" bundan əvvəlki sınaq matçlarında "Qaradağ Lökbatan" (3:2), MOİK (4:0) və "Qarabağ-2" (1:1) ilə qarşılaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest