İspaniya Sequndasında XIV tura yekun vurulmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" doğma azarkeşləri önündə çıxış edib.

Liderlər qrupunda qərarlaşan "Alkorkon" orta sıralarda qərarlaşan "Elçe"ni qəbul edib. Rəqibin müqavimətini 90+5-ci dəqiqədə qıran (1:0) ev sahibləri vahid liderliyi ələ keçirib. Start heyətində meydana daxil olan İsrafilov görüşü əvəzedilmədən keçirib.

Qeyd edək ki, "Alkorkon" aktivində 30 xalla çempionata başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest