İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Elçe"dən Qonsalo Vilyarı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Roma" Vilyar üçün klubuna 4 milyon avro ödəyib.
 
Vilyar bu mövsüm "Elçe" ilə İspaniya Sequndasında 20 oyunda 1 qol vurub.
 
Xatırladaq ki, "Roma" bu gün daha bir ispaniyalı futbolçu, "Barselona"nın hücumçusu Karles Pereslə də müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest