İngiltərənin "Mançester Yunayted" klubu müdafiəçisi Markos Roxo ilə vidalaşıb. Matc.az xəbər verir ki, 30 yaşlı argentinalı futbolçu yetirməsi olduğu "Estudiantes"lə anlaşıb.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Argentina millisinin üzvü "Estudiantes"ə mövsümün sonuna kimi icarəyə verilib.
 
Roxo 2014-cü ildə Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə transfer olunub. O, 2011/12 mövsümündə Moskva "Spartak"ında da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest