Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub "Milan"ın və İsveçrə yığmasının müdafiəçisi Rikardo Rodriqesi heyətinə qatıb.
 
Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, bu komandada 68 nömrəli formanı geyinəcək.
 
"Milan"a 2017-ci ildə Almaniyanın "Volfsburq" klubundan transfer olunan Rikardo, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxıb. İsveçrə yığmasında 71 oyun keçirmiş futbolçu "Sürix"in yetirməsidi.
 
Bu qış fasiləsində Rikardonu heyətinə qatmaq istəyən klublar arasında "Fənərbaxça" da var idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest