Azərbaycan milli komandası indiyə qədər Rusiya yığmasını məğlub edə bilməmişdi. Matc.az xəbər verir ki,  Yanvarın 30-da Qradsk Arena"da keçirilən matçın nəticəsi bir ilki tarixin səhifəsinə həkk etdi.
 
4:3 hesablı qələbə həm də bu komanda ilə duellərdəki uğursuzluğa son qoydu. Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Təmsilçimizin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə Joze Alesionun yetirmələri tarixdə ilk dəfə belə güclü rəqibə qalib gəlib.
 
Qeyd edək ki, əvvəlki 8 oyundan ikisi yoxlama oyunu, ikisi beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib. Görüşdəki daha bir ilk isə Rafael Vilela millinin heyətindəki rəsmi oyunlarda ilk qolunu vurması olub. 
 
Vilelə 2017-ci ildə iranda təşkil edilən beynəlxalq turnirdə yığmamızın formasını geyinib. O, Rusiya, İran və Qazaxıstanla oyunların hamısında fərqlənmişdi.
 
Bu günə qədər Rusiya millisi ilə oyunlardakı qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
 
 
 
 
20.01.2001. YO. Rusiya – Azərbaycan – 6:1
 
21.01.2001. YO. Rusiya – Azərbaycan – 10:1
 
27.01.2004. AçSO. Rusiya – Azərbaycan – 5:0 /Serbiya/
 
27.03.2012. DçSO-P. Azərbaycan – Rusiya – 2:3
 
09.04.2012. DçSO-P. Rusiya – Azərbaycan – 2:2
 
09.02.2016 Aç. Azərbaycan – Rusiya 2:6 /Serbiya/
 
04.12.2017. BT. Rusiya – Azərbaycan – 4:3 /İran/
 
22.09.2019. BT. Azərbaycan – Rusiya – 1:2 /Rusiya/
 
30.01.2020. DçSO. Azərbaycan – Rusiya – 4:3 /Xorvatiya/

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest