"Yuventus"un futbolçusu Emre Can karyerasını "Borussiya"da davam etdirəcək. Matc.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin bu gün Dortmund klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayacağı bildirilir.

Türk əsilli futbolçu 2018-ci ildə "Liverpul"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib. O, bu mövsüm A Seriyasında cəmi 8 oyuna çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest