Ulduz futbolçu Emanuel Adebayor karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqolu oyunçunu istəyənlər arasında Azərbaycan klubları da var.

Ulduz futbolçu Emanuel Adebayor karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqolu oyunçunu istəyənlər arasında Azərbaycan klubları da var.
 
İddia edilir ki, bu yaxınlarda Super Liqa təmsilçisi "Kayserispor"la yollarını ayıran təcrübəli hücumçu hazırda klubsuzdur. Ancaq Adebayorun ölkəsinə dönmək fikri yoxdur. Belə ki, Türkiyənin ikinci liqası, Qazaxıstan və Azərbaycan klublarının oyunçu ilə maraqlandığı qeyd edilib. Xəbərə 36 yaşlı futbolçunun azad agent olduğu üçün ona kifayət qədər maraq olduğu da əlavə edilib.
 
Qeyd edək ki, Emanuel Adebayaor 2017-ci ildə "Başakşəhər"də çıxış edib. O, ötən il "Kayserispor"la razılığa gəlsə də, bu yaxınlarda klubdan ayrılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest