"Barselona" "Braqa"nın gənc oyunçusu Fransişku Trinkaunu heyəti qatıb. Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu mövsümü Portuqaliyada bitirəcək.

Trinkau yaydan etibarən Kataloniya təmsilçisinin heyətinı qoşulacaq. Futbolçu ilə 2025-ci ilə qədər müqavilə imzalanıb. Gənc oyunçunun üslubu Kristiano Ronaldoya bənzədilir. Ona yerli mətbuatda "yeni Kristiano" deyillər.

Qeyd edək ki, Trinkau Portuqaliya U19 millisi ilə Avropa çempionatında 5 qol vurmuşdu. O, bu mövsümdən  U21 milliyə də dəvət edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest