İtaliya çempionu "Yuventus" daha bir futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, Turin təmsilçisi hücumçusu Marko Pyaçanı Belçikanın "Anderlext" klubuna icarəyə verib.
 
Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı xorvatiyalı futbolçu mövsümün sonuna kimi "Anderlext"in uğurları üçün çalışacaq.
 
"Yuventus"a 2016-cı ildə Zaqreb "Dinamo"sundan transfer olunan Pyaça bu mövsüm Turin klubunda heç bir rəsmi oyuna çıxmamışdı. Xorvatiya yığmasının forvardı əvvəlki mövsümlərdə də "Şalke" və "Fiorentina" klublarına icarəyə verilmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest