"Real" İspaniya La Liqasının 22-ci turu çərçivəsində qarşılaşacağı "Atletiko" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya Eden Azarla Qaret Beylin adı daxil edilməyib. Hər iki futbolçu zədə səbəbindən Madrid derbisində forma geyinə bilməyəcək.
 
Baş məşqçi Zinədin Zidan bu oyunda aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək:
 
Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;
 
Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Ferlan Mendi;
 
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Federiko Valverde, Xames Rodriqes, İsko;
 
Hücumçular: Kərim Benzema, Lukas Vaskes, Luka Yoviç, Vinisius Junior.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Atletiko" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest