Qış transfer pəncərəsinin bağlanmasının ardından klubların hazırkı heyətlərinin dəyəri açıqlanıb. Matc.az "transfermarkt.com"a istinadən xəbər verir ki, siyahıda Azərbaycan klubları da var.

Yenilənilən siyahıda ökəmizdə ən dəyərli klub  "Qarabağ" olub. Ağdam təmsilçisinin heyət dəyəri 15 milyon 80 min avro olaraq göstərilib. Premyer Liqamızın ən bahalı ikinci heyəti isə "Neftçi"dədir. "Ağ-qaralar"ın oyunçu qrupunun miqdarı 11 milyon 650 min avrodur. "Qəbələ" isə digər iki komandamızdan xeyli geri qalıb. Bölgə təmsilçisinə 4 milyon 930 min avro qiymət qoyulub.

Maraqlıdır ki, "Real Madrid"lə "Barselona" eyni qiymətdə göstərilib. Komandaların hər ikisi 1 milyard 800 min avro dəyərindədir. Siyahıya isə 1 milyard 190 milyon avro ilə "Liverpul" başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest