Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında turnir cədvəlində 3-cü və 4-cü sıraları bölüşən "Lester"lə "çelsi" komandaları qarşılaşıb. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.
 
Mövsümün məğlubiyyətsiz lideri "Liverpul" bu turda "Sauthempton"u qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib. "Mançester Yunayted" isə "Vulverhempton"u sınağa çəkib. Bu oyunda qapılara qol vurulmayıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
1 fevral
 
Lester – çelsi 2:2
Qol: Barnes, 54. çiluell, 64 – Rudiger, 46; 71.
 
Bornmut – Aston Villa 2:1
Qol: Billinq, 37. Ake, 44 – Samata, 70.
 
Kristal Pelas – Şeffild Yunayted 0:1
Qol: Quayta, 58-öz qapısına.
 
Liverpul – Sauthempton 4:0
Qol: O.çemberleyn, 47. Henderson, 60. Salah, 72; 90.
 
Nyukasl – Norviç 0:0
 
Uotford – Everton 2:3
Qol: Masina, 10. Pereyra, 42 – Mina, 45+1; 45+4. Uolkott, 90.
 
Vest Hem – Brayton 3:3
Qol: Diop, 30. Snodqrass, 45: 57 – Oqbonna, 47-öz qapısına. Qross, 75. Murrey, 79.
 
Mançester Yunayted – Vulverhempton 0:0
 
2 fevral
 
18:00 Bernli – Arsenal
20:30 Tottenhem – Mançester Siti
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest