Futbol üzrə İspaniya La Liqasında 22-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
"Qranada" "Espanyol"u məğlub yola salıb. "Malyorka" isə evdə "Valyadolid"ə minimal hesabla uduzub. "Valensiya" doğma meydanda "Selta" ilə üz-üzə gəlib və minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider "Real" doğma azarkeşləri qarşısında "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirib. Derbinin də taleyini bir qol həll edib. Sevinən tərəf isə meydan sahibləri olub.
 
İspaniya La Liqası
22-ci tur
1 fevral
 
Qranada – Espanyol 2:1
Qol: Maçis, 38. Fernandes, 46 – De Tomas, 27-pen.
 
Real – Atletiko 1:0
Qol: Benzema, 56.
 
Malyorka – Valyadolid 0:1
Qol: E.ünal, 56.
 
Valensiya – Selta 1:0
Qol: Soler, 77.
 
2 fevral
 
15:00 Leqanes – Real Sosyedad
17:00 Eybar – Betis
19:00 Atletik – Xetafe
21:30 Sevilya – Alaves
21:30 Vilyarreal – Osasuna
00:00 Barselona – Levante

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest