Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Şəhr Xodru" ilə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur doğma meydanda "Zobahan"a qalib gəlib – 2:1.
 
"Traktor" hazırda 33 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 23 xalla 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest