U21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Viktoria" (Jijkov) komandası növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Jijkov təmsilçisi "Varnstrov"a 2:1 hesabı ilə qalib gəlib.

Nəbiyev meydana ikinci hissə daxil olub. O, bir müddətdir  xəstəliyi səbəbindən komandasına kömək edə bilmirdi. 21 yaşlı futbolçunun artıq tam sağaldığı bildirilir.

Qeyd edək ki, millimizin üzvü komandası ilə keçirdiyi ilk yoxlama matçında 3 qol vurmuşdu. Məhz həmin görüşdən sonra Nəbiyev xəstələnmiş və növbəti 3 oyunu buraxmalı olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest