İngiltərə Premyer Liqasının 25-ci  turunda "Tottenhem" evdə "Mançester Siti"ni 2:0 hesabı ilə məğluğ edib.

Matc.az xəbər verir ki, oyunun ardından London təmsilçisinin baş məşqçisi Joze Mourinyo qarşılaşmanı şərh edib:

"Bu, Mourinyonun Qvardiola üzərindəki növbəti qələbəsidir? Xeyr, bu "Tottenhem"in qələbəsidir. Uşaqlar bir həftə vəhşi kimi məşq etdilər. Ancaq Rahim Sterlinqin oyunda qalmasını anlaya bilmirəm. O, qırmızı vərəqə görməli idi. Xatırlayın, "çelsi"yə qarşı oyunda Yun Min Son bənzər epizodda qırmızı vərəqə görmüşdü.  Ancaq Sterlinq meydanda qaldı. Bu, gülməli idi"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest