"İnter"in baş məşqçisi Antonio Konte "Udineze"yə qalib gəldikləri (2:0) oyunun ardından açıqlama verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Yurgen Klopp və Pep Qvardiolaya söz atıb:

"Mənim buradakı ilk ilimdi. Siz dərhal fantastik nəticələr gözləyirsiniz. Ancaq Klopp "Liverpul"la 4 ildir  İngiltərədə heç nə qazanmır. Qvardiola da ilk ilində heçnə edə bilməmişdi.  Ancaq mən İngiltərədə birinci mövsümdə Premyer Liqa çempionu oldum. İkinci il isə kubok qazandım. Məşqçilərə qarşı ədalətli olmaq lazımdır".

Qeyd edək ki, Konteli "İnter" hazırda 51 xalla ikinci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest