Futbol üzrə İspaniya 2-ci liqasında 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Real Ovyedo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
 
"Albasete" hazırda 28 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest