"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqanın 22-ci turunda evdə "Levante"yə qalib gəldikləri oyundan (2:1) sonra görüş haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, komandasının daha çox qol vurmalı olduğunu bildirib:

"Oyundan razıyam. Ancaq mükəmməl deyilik. İlk hissə yaxşı çıxış etdik. İkinci hissə isə biraz idarəetməni itirdik. Rəqiblərə imkan verməyimiz məni narahat edir. Ələ düşən imkanlardan maksimum istifadə etməliyik. Qarşılaşma bəlkə də 8:2 bitməli idi.

Ansu Fati bizim gənc və istedadlı futbolçumuzdur. Məqsədimiz komandaya yeni bir ulduz qazandırmaqdır. Bu gün həm onun qolları sayəsində "Barselona" qalib gəldi, həm də özü tarixə düşdü".

Qeyd edək ki, "Barselona" 22 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest