"İnter"in hücumçusu Romelo Lukaku dünən  A Seriyasının 22-ci turunda səfərdə "Udineze"yə vurduğu 2 qolla bir ilkə imza atıb. Matc.az xəbər verir ki,  belçikalı cari mövsümdə  11 səfər matçında 12-ci qolunu vurub.

Bununla da o, tarixə keçib. Lukakudan öncə heç kim belə bir performans ortaya qoymamışdı. 26 yaşlı hücumçu bu mövsüm "İnter"də 16 qol vurub və 2 məhsuldar ötürmə edib.

"İnter" hazırda A Seriyasında ikinci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest