Bir müddətdir adı "Qarabağ"la hallanan Alper Potuk "Fənərbaxça"da qalası olub. Matc.az "ajanBeşiktaş.com"a istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü Azərbaycana gəlməyəcək.

Xəbərdə bildirilir ki, Potukun yanvar ayında "Rizəspor"la yanaşı, "Beşiktaş"a da keçmə ehtimalı  var idi. Ancaq oyunçunun "Fənərbaxça" ilə davam edən müqaviləsi buna əngəl olub. Belə ki, "ağ-qaralar" yaşadığı maliyyə problemləri üçün qarşı tərəfə transfer haqqı ödəmək istəməyiblər.

"Fənərbaxça" isə futbolçunun ödəniş edilmədən heç bir kluba keçə bilməyəcəyini bildirib. Karyerasını Türkiyədə davam etdirmək istəyən Alperin isə komandasında qaldığı qeyd edilib. Vurğulanıb ki, oyunçunun "Fənərbaxça"dan ayrılması yaya qalıb.

Qeyd edək ki, təcrübəli futbolçunun icarə əsasında mövsümün sonuna qədər "Qrababağ"a gəlməsi gözlənilirdi. Alper İstanbul təmsilçisində illk 1,3 milyon avro qazanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest