Futbol üzrə Albaniya çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Vlajniya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb. 
 
"Biliş" 20 turdan sonra 31 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest