Qazaxıstan mətbuatında ölkədə çıxış edən ən bahalı oyunçular barədə məqalə dərc olunub. Matc.az xəbər verir ki, həmkarlarımız siyahıya Azərbaycan millsinin qapıçısı Emil Balayevin də adını qeyd ediblər.

Maraqlıdır ki, xəbərdə təcrübəli qapıçının "Tobol"da qazandığı pulla yanaşı, onun karyerasını hansı öldəkə davam etdirə biləcəyi də yazılıb.

"Emil Balayev "Tobol"un əsas oyunçularından idi. O, Qazaxıstanda 200 min dollar qazanırdı. Bu pulu isə yalnız Polşanın əsas komandaları verə bilər" – deyə, bildirilib.

Qeyd edək ki, millimizin üzvü bir neçə gün öncə "Tobol"dan ayrılıb. O, hazırda klubsuzdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest