"Borussiya"nın (Dortmund) müdafiəçisi Mats Hummels  komandanın yeni transferi Erlinq Holann barəsində danışıb. Matc.az xəbər verir ki, təcrübəli oyunçu onun sona qədər klubda qalmasını istədiyini bildirib:

"O, çox əla futbolçudur. Əlbəttə, ona bir neçə məsləhət vermişəm. Holland 57 dəqiqədə mənim ömür boyu vurmadığım qədər qol vurub. ümid edirəm ki, mən burada olacağım müddətcə komandada qalacaq. O, mənə Robert Levandovskini xatırladır".

Qeyd edək ki, Holand Dortmund təmsilçisində keçirdiyi 3 oyunda 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest