Premyer Liqanın XV turunun "Neftçi" - "Sumqayıt" oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda  baş verənlər müzakirə olunub.
 
Premyer Liqanın XV turunun "Neftçi" – "Sumqayıt" oyununda meydan sahiblərinin oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Həmin görüşdə "Neftçi" ilə yanaşı, qonaq komanda da cəzalanıb. Belə ki, "Sumqayıt"lı azarkeşlər  pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest