"Atletiko" "Barselona"nın futbolçusu İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir. Matc.az xarici mətbuata istnadən xəbər verir ki, Madrid təmsilçisi bir müddətdir xorvatiyalı ilə danışıqlar aparır.

Xəbərdə bildirilir ki, 32 yaşlı yarımmüdafiəçi "Barselona"dan ayrılmaq istəyir. "Atletiko" oyunçunun transferini yanvarda tamamlamaq istəsə də, futbolçunun komandaya qoşulması yaya qalıb.

Rakitiç 2014-cü ildən Kataloniya təmsilçisində çıxış edir. Təcrübəli oyunçu bu mövsüm komandası ilə 16 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest