Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli çin yığmasını çalışdıra bilər. Matç.az saytı xəbər verir ki, asiyalılar mütəxəssislə danışıqlara start verib.

2017-ci ilin yayında millidən uzaqlaşandan sonra işsiz olan Sampaoli çin yığmasında Marçello Lippini əvəzləməlidi. çin Futbol Federasiyası argentinalıya cəlbedici təklif edib.

Belə ki, Sampaolinin də sələfi qədər qazanacağı bildirilir. İtaliyalı isə çində ildə 15 milyon avrodan artıq qazanırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest