İtaliya A Seriyası təmsilçisi "Torino" baş məşqçini istefaya göndərib. Matc.az xəbər verir ki, komandanın uğursuz çıxışı səbəbindən  Valter Mazzarri ilə yollar ayrılıb.
 
Yeni baş məşqçi vəzifəsinə bu mövsümün sonuna kimi Moreno Lonqo təyin edilib. O, bundan əvvəl "Torino"nun gənclər komandasında işləyib.
 
Qeyd edək ki, "Torino" hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest