İspaniyanın "Atletiko" klubunun futbolçusu Kiran Trippyer əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Qarın nahiyəsində ağrılar olan 29 yaşlı müdafiəçi bu gün əməliyyat edilib. Trippyerin yaxın zamanda məşqlərə başlayacağı bildirilib.
 
Bu mövsüm La Liqada 16 oyunda iştirak edən Trippyer, üç məhsuldar ötürmə ilə yadda qalıb.
 
Madrid klubu Trippyerlə yanaşı daha bir itki ilə üzləşib. Komandanın aparıcı hücumçusu Alvaro Morata zədələnib. Futbolçunun sağ ayaq əzələsində problem olduğu bildirilir. Moratanın La Liqada "Qranada" və "Valensiya" ilə, eyni zamanda çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la oyunları buraxacağı gözlənilir.
 
Bir müddət əvvəl "Atletiko"nun digər futbolçusu Joao Feliks də sıradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest