"Tottenhem"in baş məşqçisi Joze Mourinyo son günlərdə sosial şəbəkələrdə yayılan videosu ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, portuqliyalı etirazının əsassız olmadığını bildirib:

"Bəli, həmin video gülməli alınıb. Ancaq hakimə olan təpkim əsassız deyildi. Artıq biz də hakimlər kimi bəzi görüntüləri izləyə bilirik. Ona görə də epizodlara etiraz etməyimiz normaldı. Həmin anda da eynən belə bir vəziyyət yarandı. Düzdür, etirazım gülməli alınsa da, haqqsız deyildim".

Joze Mourinyonun son turda "Mançester Sitə"yə qarşı oyunun ikinci hissəsində hakimə olan etiraz şəkli bir neçə gündür gülüş obyektinə çevrilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest