Tula "Arsenal"ın yarımmüdafiəçisi Qoran çauşiç Rusiya mətbuatına geniş müsahibə verib. Matc.az xəbər verir ki,  serbiyalı futbolçu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirdikləri oyunları da xatırlayıb:

"Mənə elə gəlir, tam hazır deyildik. Belə turnirlərdə komandaya özünə inanan və avrokubok təcrübəsi olan futbolçular lazımdır. Bizdə məhz təcrübə çatmadı. Halbuki, çempionata həqiqətən yaxşı başlamışdıq. Əmin idim ki, biz "Neftçi"dən qat-qat güclü olan komandanı da məğlub edə bilərik. Ancaq iki çox zəif oyun keçirdik. Əvvəl evdə, hansı ki, adətən qələbə qazanırıq, sonra isə səfərdə pis oynadıq. Bizə yalnız onu demək qalır ki, bu, futboldur. Hətta top-klublar da kiçik komandalara uduzurlar. Buna görə də irəli getmək lazımdır".

"Neftçi"yə Tulada 0:1, Bakıda isə 0:3 uduzan "Arsenal" II mərhələdə mübarizəni dayandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest