"Tottenhem"in hücumçusu Harri Keynin meydanlara qayıdacağı tarix bəlli olub. Matc. az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Joze Mourinyo məlumat verib.

Portuqaliyalı mütəxəssis bildirib ki, 26 yaşlı futbolçu Premyer Liqanın 37-ci turunda "Lester"ə qarşı oyunda meydana çıxa biləcək. Mourinyo onun hazırda bərpa dönəminin çox yaxşı keçdiyini bildirib.

Harri Keyn bu mövsüm "Tottenhem" forması ilə 25 oyuna çıxıb və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest