Rusiyanın "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Tula təmsilçisi Roman Minayevlə rəsmi müqavilə imzalayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
 
"Arsenal"la Antalyada təlim-məşq toplanışında iştirak edən Minayev, "Keşlə" ilə yoxlama oyununda qol vurmuşdu. Sözügedən görüş rusların 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.
 
Minayev son olaraq Rusiyanın 1-ci divizion təmsilçisi "Avanqard"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest