"Təəssüf ki, oyunlarla bağlı özüm şəxsən mükafatlandırma mərasimində iştirak edə bilmədim"

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli mükafatlandırılıb. Matç.az xəbər verir ki, 35 yaşlı futbolçu Albaniya İdman Nazirliyinin fəxri mükafatına layiq görülüb.

Təcrübəli oyunçu bununla bağlı təşkil olunmuş tədbirdə iştirak edə bilməsə də, təəssüratlarını şəxsi feysbuk səhifəsində bölüşüb: "Alban idmançıları komandasının fəxri mükafatına layiq görüldüyüm üçün çox şadam. Albaniyanın və xalqımızın dəyərlərini qürurla nümayiş etdirirəm. Mükafatın beynəlxalq arenada ölkəmizin imicini yüksəltmək üçün xeyli iş görmüş milli komandanın sabiq baş məşqçisi cənab Canni De Biasi tərəfindən təqdim olunması isə ikiqat sevindiricidi. Təəssüf ki, oyunlarla bağlı özüm şəxsən mükafatlandırma mərasimində iştirak edə bilmədim".

 

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest